1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, meyit rayonun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki göldə aşkarlanıb.
Tapılan meyitin Ağyazı kənd sakini 1985-ci il təvəllüdlü Ələsgər Müseyib oğlu Bayramova məxsus olduğu məlum olub.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.