Bakı. Trend:
Bu il Milli Məclisin yaz sessiyası fevralın 1-i deyil, 3-übaşlayacaq.
Trend xəbər verirki, Milli Məclisin Daxili Nizamnaməsində yaz sessiyasının müddətibarədə bildirilib:
“Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davamedir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günühesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonragələn birinci iş günü öz işinə başlayır”.
2025-ci il fevralın 1-i şənbə, 2-si bazar gününə təsadüfetdiyindən Daxili Nizamnaməyə əsasən, yaz sessiyasının ilk plenariclası fevralın 3-də keçiriləcək.