AZ

Bu məhsulda yüksək səviyyədə TƏHLÜKƏ - Marketlərdə rəflərdən yığışdırılır

Hollandiya və Belçikadakı Albert Heijn supermarketlər şəbəkəsi “AH Andijvie 400 qram” hindiba məhsulunu yüksək miqdarda tau-fluvalinaat pestisidi ehtiva etdiyi üçün satışdan geri çağırıb.

”Bakuinfo” xəbər verir ki, geri çağırılan məhsulun yalnız 19 yanvar 2025-ci il son istifadə tarixi olan partiyalarına aid olduğu bildirilir.

Şirkət məhsulu alan müştərilərə həmin məhsulu istehlak etməməyi və pulu geri qaytarmaq üçün mağazalara müraciət etməyi tövsiyə edib.

Albert Heijn rəhbərliyi verdiyi açıqlamada bildirib ki, “Müştərilərimizin sağlamlığı bizim üçün birinci yerdədir. Bu geri çağırma qərarı, məhsullarımızın ən yüksək qida təhlükəsizliyi standartlarına uyğun olmasını təmin etmək məqsədilə qəbul edilib.”

Bundan əlavə, şirkət oxşar halların qarşısını almaq üçün təchizatçılarla birgə davamlı təkmilləşdirmə işləri apardıqlarını və müştərilərdən üzr istədiklərini vurğulayıb. Əgər kimsə məhsulu istehlak etdikdən sonra sağlamlıq problemi yaşayıbsa, tibbi mütəxəssisə müraciət etmələri tövsiyə olunur.

Tau-fluvalinaat nədir və niyə təhlükəlidir?

Tau-fluvalinaat kənd təsərrüfatında zərərvericilərə qarşı istifadə olunan pestisiddir. Bu maddənin normadan artıq qəbul edilməsi insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Həddindən artıq miqdarda istehlak edildikdə baş ağrısı, ürəkbulanma kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də qida məhsullarında bu maddənin miqdarı ciddi şəkildə nəzarət edilməlidir.

Vüsal Orucov

Seçilən
13
bakuinfo.net

1Mənbələr