AZ

İş adamı döymə etdirərkən öldü – FOTO

Braziliyada bloqqer və iş adamı nəhəng döymə etdirərkən dünyasını dəyişib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, yanvarın 20-də Rikardo Qodoy, kürəyinə böyük döymə etdirmək məqsədilə ümumi anesteziya üçün İtapemadakı Dia Revitalite xəstəxanasına gəlib.

Hadisə baş verən gün 46 yaşlı Rikardo izləyicilərinə tibbi prosedurdan keçəcəyini və saat 16:00-a qədər fəaliyyətini bərpa etməyi planlaşdırdığını söyləyib. Lakin ümumi anesteziya ilə bağlı fəsadlar ortaya çıxıb və günorta saatlarında iş adamı ölüb.

 

 

Santa-Katarina polisi ifadələri toplayaraq müvafiq sənədləri təhlil etdiklərini bildirib. Müstəntiqlər həmçinin tibbi səhlənkarlığın, anesteziyanın tətbiqində səhvlərin və ya xəstəxana protokollarının pozulmasının olub-olmamasına diqqət yetirirlər.

İş adamının həyat yoldaşı və uşaqları qalıb.

Seçilən
20
heftelik.az

1Mənbələr