Cəlilabadda otlaq sahəsindən silah-sursat tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Günəşli kəndi ərazisində otlaq sahədə silah-sursatın aşkar edilməsi barədə polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış zamanı 1 ədəd "Kalaşnikov" avtomatı, ona aid patron darağı və 29 ədəd patron tapılaraq götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta