Yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
Araşdırma aparılır.
Qeyd edək ki, Biləsuvar rayonunun Aranlı kəndində sərnişindaşıma ilə məşğul olan mikroavtobusda Çinarlı kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.
Mikroavtobusda olanların hadisəyə müdaxilə etməsi ilə vəziyyətin daha da pisləşməsinin qarşısını alınıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta