AZ

Bakıda “Range Rover” aşıb - VİDEO

Bakının Nərimanov rayonu ərazisində minik maşını aşıb.

Avtosfer.az xəbər verir ki, bu barədə hadisə şahidləri “Baku.ws”in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, “Gənclik” metrostansiyası yaxınlığında, tuneldə hərəkətdə olarkən “Range Rover” markalı avtomobil aşıb.

Ərazidə olan vətəndaşlar və polis əməkdaşlarının köməyi ilə maşındakı sürücü çıxarılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qəza nəticəsində ərazidə sıxlıq yaranıb.

Seçilən
32
avtosfer.az

1Mənbələr