AZ

Dünyanın ən iri beynəlxalq depozitar institutu xəbərdarlıq etdi- Rusiya aktivlərinə həbs qoyulsa...

Image

Dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması maliyyə bazarları üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Bunu “Bloombergə danışan “Euroclear”ın baş direktoru Valeri Urbain deyib.

O, bildirib ki, Rusiya həmişə əks tədbirlər görə bilər ki, bu da maliyyə bazarlarında sabitliyi daha da poza bilər. Baş direktor dondurulmuş Rusiya aktivlərinin danışıqlar faktoruna çevrilə biləcəyini də qeyd edib. Urbain vurğulayıb ki, rus aktivləri ələ keçirildiyi təqdirdə “Euroclear”ı Rusiyadan gələn tələblərdən qorumaq üçün məsuliyyət konkret ölkələr tərəfindən üzərinə götürülməlidir.

Qeyd edək ki, “Euroclear” 1968-ci ildə təsis edilmiş, dünyanın ən iri beynəlxalq depozitar institutlarından biridir və 90-dan artıq ölkədə yerləşən təşkilatlara xidmət göstərir.

TAHİR





Seçilən
16
baki-xeber.com

1Mənbələr