AZ

Əli Hüseynov Xanabadın artezian problemini həll etdi

Milli Məclisin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Yevlax rayonunun Xanabad kəndində seçicilərlə görüşüb.

Qeyd edək ki, Xanabad kəndində mövcud olan subartezian quyularının qeyri-işlək vəziyyətdə olması səbəbindən kənd sakinləri içməli su ilə əlaqədar çətinliklərlə üzləşirdi. Milli Məclisin deputatı içməli su problemlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və qurumun yerli İdarəsinin rəhbərliyi ilə sözügedən məsələlərin həll olunması istiqamətində apardığı müzakirələrdən sonra qeyri-işlək vəziyyətdə olan 3 subartezian quyusunda əsaslı və cari təmir işləri aparılıb ki, bu da içməli su şəbəkəsinin işlək vəziyyətdə olmasını-su probleminin aradan qaldırılmasını təmin edib.

Kənd sakinləri ilə görüş çərçivəsində Milli Məclisin deputatı Əli Hüseynli qeyd edib ki, Möhtərəm Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına və Dövlət Proqramlarına uyğun olaraq mühüm layihələr icra edilir. Bu gün regional inkişaf proqramları çərçivəsində içməli sudan əziyyət çəkən kəndlərin də problemləri mərhələli şəkildə həll edilir.

Diqqətə çatdırılıb ki, Ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məhz uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Seçilən
4
aznews.az

1Mənbələr