AZ

Berezutski: “Elvin ehtiyatda qalmaq istəmirdi”

Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Sabah” – “Sumqayıt” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Çox danışmaq çətindir. Yaxşı oynadıq, topa və oyuna nəzarət etdik. Çoxlu qol epizodu yaratsaq da, yararlana bilmədik. Daha çox çalışmalıyıq.

– Hücumçularınızın məhsuldarlığı aşağı düşüb. Bunu nə ilə əlaqələndirirsiniz?
– Eniş nə zaman olur? Qol fürsətləri yaratmasan, belə demək olar. Bu gün çoxlu qol imkanları yaratdıq. Bəzi anlarda daha keyfiyyətli olmalıydıq.

– Qol vurmaqçün başqa nə çatmadı?
– Üstünlük bizdə idi. Qol fürsətlərimizi boşa verdik. Futbolda belə hallar olur.

– Yeni qapıçınız nə üçün heyətdə yox idi?
– Hələ hazır deyil. 4-5 gündür, məşq edir. Formasını yığandan sonra qapıda görəcəyik. Eyni zamanda Yusifin son oyunlarından razıyam.

– Elvin Camalov kimi oyunçu ilə nə üçün davam etmək istəmədiniz?
– Bəzi oyunçular var ki, məşqçinin oyun üslubuna uyğun gəlmir. Elvin də ehtiyatda qalmaq istəmirdi. Ona karyerasında uğurlar arzu edirəm.

Şahin Cəfərov

Seçilən
7
futbolpress.az

1Mənbələr