“Sumqayıt” Misli premyer-liqasının 20-ci turunda “Sabah”la heç-heçə etdi - 0:0.
“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Vaqif Cavadovmətbuat konfransında görüş haqda fikirlərini bildirdi.
- Məncə mübarizəli oyun oldu. Komandamın əzmkarlığına görə təşəkkür edirəm. Çoxsaylı futbolçular öz əzmkarlığını göstərdi. Bu məqamda belə rəqibə qarşı yaxşı futbol oynadılar. Növbəti oyunlarda da belə əzmkarlıq olsa,komandam qələbə qazancaq.
- Yarımmüdafiə xəttində transferə ehtiyac duyursuzmu?
- Daha bir oyunçu yoldadı. “Sabah”la oyunda qalib də gələ bilərdik. Ağıllı futbol oynamaq lazımdı. Futbolçular bunu göstərdi. Fərdi səhvlərimiz oldu. “Sabah”a uğurlar arzu edirəm. Hər xal vacibdi. Hər oyun qələbə üçün meydana çıxacağıq. Belə əzmkarlıq komandanı irəli aparacaq.
- Nadir Orucova şans verdiniz. Onun çıxışını necə dəyərləndirirsiniz?
- 17 yaşı var. Azərbaycan futbolunda bacarıqlı futbolçular çoxdu. Sadəcə şans vermək lazımdı. Hər zaman cavanlara dəstək olacam. Elə bir mövqeydə 17 yaşlını oynatmaq riskli idi. Mən bunu gözə aldım. Ona da təbriklərimi çatdırdım.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta