AZ

UEFA əsgər salamı verən israilli futbolçunu ''qınamaqla'' kifayətləndi

Məlum olduğu kimi Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda ''Beşiktaş'' Tel-Əviv ''Makkabi''sini qəbul etmişdi.

''Football-plus.az'' xəbər verir ki, siyasi səbəblər üzündən oyun İstanbulda yox, Macarıstanın Debretsen şəhərində keçirilmiş və ''Qartal'' 1:3 hesabı ilə uduzmuşdu. Həmin matçın 23-cü dəqiqəsində nominal qonaqların heyətində fərqlənərək hesabı açan Qavriel Kaniçovski qolu əsgər salamı ilə qeyd etmiş, ''Beşiktaş'' da bu hərəkətinə görə ondan UEFA-ya şikayət etmişdi.

UEFA-nın bu məsələ ilə bağlı yekun qərarı açıqlanıb. Qurum sadəcə 27 yaşlı futbolçuya qınama cəzası verməklə kifayətlənib. UEFA-dan bundan artığını gözləmək zatən gülməli olardı. Çünki bu qurum ikiüzlülüyünü çoxdan sübut edib və yalnız türklərə çatanda məsələni siyasiləşdirir.

AÇ-2020-nin seçmə mərhələsində Fransa ilə səfər oyununda qol vurduqdan sonra türkiyəli futbolçular da əsgər salamı verdikdə nədənsə, UEFA həmin vaxt tək qınama cəzası ilə kifayətlənməmiş və Türkiyə Futbol Federasiyasına 50 min avro cəza da vermişdi. Amma əsas biabırçılıq AÇ-2024-də yaşanmışdı. Merih Dəmiral Avstriya ilə oyunda vurduğu qolu ''bozqurd'' işarəsi ilə qeyd etdiyi üçün iki oyunluq cəza almışdı. UEFA bu jestin siyasi bir hərəkət olduğuna qərar vermişdi...

ƏLİ

Seçilən
15
football-plus.az

1Mənbələr