“Mançester Siti”nin hücumçusu Erlinq Haaland baş məşqçisi Xosep Qvardioladan danışıb.
News24.az QOL.az-a istinadla xəbər verir ki, 23 yaşlı forvard mütəxəssisin onu vaxtaşırı əsəbiləşdirdiyini deyib:
“Bəli, Qvardiolada insanı qıcıqlandıran bəzi şeylər var. Çünki o, təfərrüatlara çox fikir verir. Məhz bu xırda detallara olan sevgisi insanı bezdirir. Qvardiola 20 dəfə deyir: “Bunu et, bunu et”.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. Haaland isə 2022-ci ilin yayında Dortmund "Borussiya"sından "şəhərlilər"ə keçib.