AZ

1/16 final cütləri məlumdu

1/32 finalın son oyunlarında aşağı dəstə təmilçiləri qarşılaşdı.

“Leyton Orient”, “Uiqan” və “Preston” növbəti mərhələyə vəsiqə qazandı. Onu da vurğulayaq ki, elitanın 17 təmsilçisi kubok uğrunda mübarizəni davam etdirir.

1/32 final
Leyton Orient (D-3) – Derbi (D-2) 1:1, p. – 6:5
Kelman, 20 – Braun, 24.
Mansfild (D-3) – Uiqan (D-3) 0:2
Asqaard, 48; 54.
Preston (D-2) – Çarlton (D-3) 2:1
Osmaiç, 32; 47 – Berri, 40.

1/16 final mərhələsinin də püşkü atılıb: Mançester Yunayted – Lester, Aston Villa – Tottenhem, Brayton – Çelsi, Plimut (D-2) – Liverpul, Leyton Orient (D-3) – Mançester Siti, Birmingem (D-3) – Nyukasl, Everton – Bornmut, Ekseter (D-3) - Nottingem Forest, Koventri (D-2) – İpsviç, Blekbern (D-2) – Vulverhempton, Uiqan (D-3) – Fulhem, Sauthempton - Bernli (D-2), Donkaster (D-4) - Kristal Pelas, Stok Siti (D-2) - Kardiff (D-2), Lids (D-2) - Milluoll (D-2), Preston (D-2) - Uikomb (D-3).

Bu mərhələnin oyunları fevralın 7-10-u aralığında keçiriləcək.

Seçilən
8
football-plus.az

1Mənbələr