AZ

Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19-un mənşəyini açıqladı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yeni direktoru Con Ratkliff COVID-19-un Uhan laboratoriyasında bir sızma nəticəsində yayıldığını deyib.

KONKRET.az

xəbər verir ki, bu barədə Ratkliff “The New York Times”a bildirib.

Onun sözlərinə görə, COVID-19-un yayılmasının Uhan Virusologiya İnstitutundakı laboratoriyadan sızma nəticəsində baş verdiyinə inanır:

“Mən bir milyon amerikalının ölüm səbəbi də daxil olmaqla, Çinin yaratdığı təhlükənin aradan qaldırılması haqqında uzun-uzadı danışdım. Mərkəzi Kəşfiyyat İdarəsi beş ildir ki, COVID-in mənşəyinə dair bir qiymətləndirmə təqdim etmir.

Fikrimcə, bizim kəşfiyyatımız, elmimiz və sağlam düşüncəmiz virusun Uhan laboratoriyasındakı sızma nəticəsində yarandığını göstərir. Lakin CİA bunu ictimaiyyətə açıqlamayıb”.

KONKRET.az

Seçilən
13
13
konkret.az

5Mənbələr