Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Dortmund “Borussiya”sı doğma meydanda qarşılaşdığı “Verder”lə 4 qolluq qarşılaşmadan heç-heçə ilə ayrılıb. Son çempion “Bayer”in “Leypsiq”lə səfər matçında da oxşar nəticə qeydə alınıb.
“Auqsburq” evdə “Haydenhaym”a, “Maynts” “Ştutqart”a, “Borussiya” (Mönhenqladbax) da “Boxum”a qalib gəlib. Səfərdə “Frayburq”la üz-üzə gələn lider “Bayern” də turu qələbə ilə başa vurub.
19-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
19-cu tur
24 yanvar
Volfsburq – Holştayn 2:2
Qollar: Vimmer, 50. Vind, 53 – Zek, 13. Şkribski, 80.
25 yanvar
Auqsburq – Haydenhaym 2:1
Qollar: Matsima, 45+1. Şlotterbek, 90+2 – Mainka, 76.
Borussiya (Dortmund) – Verder 2:2
Qollar: Girassi, 28. Friedl, 51-öz qapısına – Bittenkur, 65. Dukş, 72.
Frayburq – Bayern 1:2
Qollar: Ginter, 68 – Keyn, 15. Kim, 54.
Maynts – Ştutqart 2:0
Qollar: Veyper, 29. Kasi, 86.
Leypsiq – Bayer 2:2
Qollar: Raum, 41. Tapsoba, 85-öz qapısına – Şik, 18. A.Qarsiya, 36.
Borussiya (Mönhenqladbax) – Boxum 3:0
Qollar: Reyts, 34. Hak, 55. Kleyndienst, 86.
26 yanvar
18:30. Hoffenhaym – Ayntraxt
20:30. Sankt Pauli – Union Berlin