Bakı. Trend:
Rusiyanın Volqoqrad şəhərində mənzildə baş verən yanğınnəticəsində 3 nəfər həyatını itirib.
Trend-inməlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqradvilayəti üzrə İstintaq İdarəsindən bildirilib.
Yanğının qurbanları arasında bir qadın və iki uşaq yer alır.Həmçinin, daha bir uşaq ağır vəziyyətdə xəstəxanayayerləşdirilib.
Yanğın, Qeroyev Tula küçəsindəki binalardan birində qeydəalınıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq davamedir.