AZ

Rəsmi Bakı Bakı Fransa XİN rəhbərinə cavab verib

Azərbaycan XİN Fransa xarici işlər nazirinin Azərbaycana qarşı irəli sürdüyü ittihamları qətiyyətlə rədd edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin iddialarına cavab verib.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN sözcüsü öz "X" hesabında paylaşım edib.

"Fransanın xarici işlər naziri tərəfindən Azərbaycanın xarici ərazilərə müdaxilə etməsi ilə bağlı irəli sürülən iddiaları Yeni Kaledoniyanın yerli əhalisinin tələbləri qarşısında Fransanın hərəkətsizliyini ört-basdır etmək cəhdidir.

Məhz Fransa həmişə regional işlərə müdaxilə etmiş və Azərbaycanın sülh və sabitliyi bərpa etmək üçün apardığı prosesi pozmağa çalışmışdır.

Qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupu Fransanın kolonial siyasətini və xarici ərazilərdəki problemləri ictimailəşdirməyi hədəfləyir. Belə qrupların işini ləkələmək dekolonizasiya prosesinə mane olur.

Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, burada güc tətbiqi nəticəsində ötən il ən azı 14 nəfərin öldüyü və çox sayda insanın yaralandığı halda, Azərbaycana qarşı təzyiq və şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər səmərəsiz olduğunu göstərir.

Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlarda öz rolu və resurslarından istifadə edərək, neokolonial siyasətə qarşı çıxış edən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərməsi əbəsdir və nəticə verməyəcək.

Biz Fransanın Xarici İşlər Nazirinin Azərbaycana qarşı irəli sürdüyü ittihamları qətiyyətlə rədd edir və qınayırıq". 

Seçilən
7
37
operativmedia.az

10Mənbələr