AZ

ABŞ-ın ÜST-dən çıxması ilə qurumun smetası yenidən nəzərdən keçirilir və xərclər azaldılır

Bakı. Trend:

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmasının ardındanqurumun smetasına yenidən baxılıb və xərclərin azaldılması qərarıalınıb.

Trend xəbər verirki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, maliyyə vəziyyətinə görə ÜST, səfərləriminimuma endirəcək və yeni əməkdaşların qəbulunu yalnız xüsusizərurət hallarında həyata keçirəcək. ÜST-nin sözçüsü bu məlumatıtəsdiq etsə də, ətraflı şərh verməkdən çəkinib.

BMT, ABŞ-ın 22 yanvar 2026-cı ildə ÜST-dən çıxacağınıtəsdiqləyib. 2024-2025-ci illər üzrə ÜST-nin büdcəsi 6,8 milyarddollar olub və bu büdcənin 18 faizi ABŞ-ın payına düşür.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp andiçmə günündəölkəsinin ÜST-dən çıxacağını bəyan etmişdi. Trampın fikrincə, ÜSTqlobal sanitar böhranları idarə etməkdə effektiv deyil.

Seçilən
8
az.trend.az

1Mənbələr