Florida ştatından olan ABŞ sakini yalnız heyvani mənşəli qidalarla bəslənərək sağlamlıq problemləri ilə qarşılaşıb. “Ulusum”.az xəbər verir ki, Daily Mail-in məlumatına görə, bu şəxs gündə təxminən 4 kiloqram ət, balıq, yumurta və pendir yeyirdi. Nəticədə, onun qan damarlarında olan xolesterin sızmağa başlayıb.40 yaşlı kişi, əllərində və ayaqlarında sarı rəngdə zolaqlar gördükdə xəstəxanaya müraciət edib. Həkimlər onun qanında xolesterin səviyyəsinin normadan beş dəfə çox olduğunu aşkar ediblər. Bu yüksək xolesterin miqdarı damarlar vasitəsilə sızaraq dərinin altına yığılmağa səbəb olub.Zolaqlar dəridə zərərli deyil, lakin bu qədər yüksək xolesterin səviyyəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Kişinin infarkt və ya insult keçirmə riski var.Səidə
Diqqət Çəkənlər
Maltanın prezidenti Roma Papasına "Tecar" adlı terapevtik cihaz hədiyyə edib
Türkiyə Prezidenti Ərdoğan 29 yüksək vəzifəli məmuru vəzifədən azad edib
Türkiyənin Milli müdafiə naziri Hikmət Mirzəyevi qəbul edib