"Dostlar" serialının David Şvimmer özündən 30 yaş kiçik xanımla eşq yaşayır.
Axşam.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yazıb. 58 yaşlı aktyor və onun gənc sevgilisi məşhurlar arasında Beverli Hillsdəki məşhur restorandan çıxarkən paparassilər tərəfindən görüntülənib.
Jurnalistlər qızın adının Eliana Jolkovski olduğunu yazıb. O, Los-Ancelesdəki Kaliforniya Universitetinin tibb tələbəsidir və onun 29 yaşı var.