Bakı. Trend:
Gələn 2-3 il ərzində İranın şimalında yerləşən Gilan vilayətininAstara rayonunda dəmiryol sərhəd terminalında yükdaşımanın ildə 3milyon tona yüksələcəyi gözlənilir.
Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini vəDəmir Yollarının rəhbəri Cabbarəli Zakeri yerli mediayaaçıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi (ADY) Astaradəmiryol sərhəd terminalında yükdaşımanı ildə 1 milyon tonayüksəldib.
Zakeri qeyd edib ki, hazırda İran və Rusiya arasında dəmiryoləlaqəsi Azərbaycan vasitəsi ilə qurulub. Azərbaycan tərəfi sonillərdə dəmiryolu xətlərinin keyfiyyətini yüksəldib.
Qeyd edək ki, 23 yanvarda Tehranda "Azərbaycan Dəmir Yolları"QSC-nin sədri Rövşən Rüstəmov və İranın Dəmir Yollarının rəhbəriCabbarəli Zakeri Azərbaycan-İran Hökumətlərarası BirgəKomissiyasının növbəti iclası çərçivəsində İranın Astara şəhərindəyerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi vəterminalda aparılan işləri müzakirə ediblər.