Şimali Koreya gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirib. Bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi - KCNA məlumat yayıb.
Bildirilir ki, raketlər müəyyən edilmiş hədəfləri dəqiqliklə vurub.
Raket sınağında iştirak edən KXDR başçısı Kim Çen İn bildirib ki, ölkənin silahlı qüvvələrinin təsir radiusu genişlənib.