AZ

“Qapıçı qapını tərk edirsə, topu tutmalıdı” - Buntiç səhvini boynuna aldı

“Qarabağ”ın qapıçısı Fabian Buntiç də oyundan sonra jurnalistlərin suallarını cavabladı.

- Oyun haqda fikirlərin...
- Qələbəyə layiq idik. Bəxtsizlik və bütün elementlər oyunun nəticəsini həll etdi və təəssüf ki, bizim xeyrimizə olmadı.

- Üçüncü qolda özünü günahkar sayırsanmı?
- Qapıçı qapını tərk edirsə, topu tutmalıdı.

- Benzya ilə Juninyonun yoxluğu oyuna nə dərəcədə təsir göstərdi?
- Sözsüz, belə oyunçuların adları çəkiləndə istəyirsən ki, onlar da oynasınlar. Ümumi 90 dəqiqəni nəzərə alsaq, ikinci hissədə biz topa nəzarət edirdik. Üstünlük bizim tərəfimizdəydi. Təəssüf ki, bəxtimiz gətirmədi. Bu üstünlüyü yaxşı nəticəyə çevirə bilmədik.

- Qapınızda gördüyünüz üç qolda hansı səhvlərdə ön planda idin?
-İlk qolda rəqib futbolçu başla zərbə endirəndə tək idi. 2-ci qolda top dirəklə futbolçu arasından keçdi. Bəlkə də 10 santimetr fərq var idi. Sonuncu qolda isə qapıçı qapını tərk edirsə, topu ələ keçirməlidi.

- “Olimpiakos”la oyunda qələbə qazanacağınıza ümid edirsizmi?
- Bəli, qələbə qazanmaq istəyirik.

- “Qarabağ”ı premyer-liqada “Turan Tovuz”la çətin oyun gözləyir. Kurban Berdıyevin komandasını cari mövsümdə məğlub edə bilməmisiz.
- “Turan Tovuz” çox güclü komandadı. Müdafiədə yaxşı oynayırlar. Bizim hədəfimiz ölkə çempionatında hər oyundan 3 xalla ayrılmaqdı. Bazar günü qələbə qazanmağa çalışacağıq.

ƏSƏD SEYİDOV

Seçilən
4
football-plus.az

1Mənbələr