ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığı üçün qurumun smetasına yenidən baxılır və xərclər azaldılır.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, maliyyə vəziyyətinə görə səfərlər minimuma endiriləcək, yeni əməkdaşların qəbulu yalnız xüsusi zərurət hallarında aparılacaq.
Qurumun sözçüsü faktı təsdiq etsə də, ətraflı şərhdən imtina edib.