AZ

“Facebook”da hədələdi: Həbs olundu

Florida ştatında polis ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələyən və sosial mediada  mesaj paylaşan 46 yaşlı kişini həbs edib.

“Cebheinfo.az” xəbər verir ki, mətbuat konfransında polis rəisi Tony Araujo yanvarın 19-da - Trampın andiçmə mərasimindən bir gün əvvəl polisin Şennon Atkins adlı şəxsin “Facebook”-da prezidentə qarşı təhdidlər etdiyi barədə məlumat aldığını bildirib:

"Bu, aqressiv ritorika, siyasi baxışlar və onun prezidentə qarşı fikirləri idi".

Polis Departamentindən verilən xəbərə görə, Atkins öldürmək, yaralamaq, kütləvi atışma və ya terror aktı törətmək üçün yazılı və ya elektron təhdidlər etmək, ikinci dərəcəli cinayət və kokain saxlamaqda ittiham olunur.

Araujo bildirib ki, hadisə barədə Məxfi Xidmətə məlumat verilib.

Seçilən
21
2
cebheinfo.az

5Mənbələr