AZ

Azərbaycan XİN-dən Paşinyana CAVAB

Bakı. Trend:

25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimaiTeleviziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvacvermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotropmaddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heçbir əsası yoxdur və tamamilə gülüncdür.

Bu barədə Trend-əXarici İşlər Nazirliyindən məlumat verilib.

Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımiqaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi vəifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddarrəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən BeynəlxalqQırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalanolduğu təsbit edilib.

Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, buölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüzaktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıqşəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləritörətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesiilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır.

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edənErmənistan Baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarmarejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində,nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlbedilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejiminiqondarma "müstəqillik" münasibətilə təbrik etdiyini heç kimunutmayıb.

Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyətivə bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır.Beləliklə, bu əmməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətəcəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcəkqədər haqq işidir.

Seçilən
42
6
az.trend.az

10Mənbələr