Braziliya hökuməti onlarla miqrantın ABŞ-dan qandalla deportasiya edilməsinə qəzəblənib və bunu onların hüquqlarına açıq-aşkar etinasızlıq adlandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, təyyarə Manaus şəhərinə enən zaman Braziliya rəsmiləri ABŞ rəsmilərindən dərhal qandalları çıxartmağı tələb edib.
Ədliyyə naziri Rikardo Levandovski Prezident Luiz İnasio Lula da Silvaya Braziliya vətəndaşlarının fundamental hüquqlarına açıq-aşkar etinasızlıq edildiyi barədə məlumat verib.
Braziliya məsələ ilə bağlı ABŞ hökumətindən aydınlıq gətirməyi tələb edəcək.