Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp şənbə günü İordaniya kralı IIAbdullah ilə telefon danışığında 1 milyondan çox fələstinlininQəzzadan krallığa köçürülməsi məsələsini qaldırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalıxəbər verib.
"Mən ona dedim: istəyərdim ki, daha çoxunu qəbul edəsiniz, çünkiindi Qəzza zolağına baxıram, və orada əsl xaos mövcuddur", - deyəD.Tramp jurnalistlərə bildirib.
BMT-nin hesablamalarına görə, İordaniyada artıq 2,39 milyonfələstinli qaçqın qeydiyyatdan keçib. Dünyada bu kateqoriyadan olanqaçqınların sayı 5,9 milyon nəfərdir.
ABŞ prezidenti qeyd edib ki, İordaniya ilə yanaşı Misir dəfələstinliləri qəbul edə bilər. Prezident bazar günü Misirprezidenti Əbdülfəttah əs-Sisi ilə məsələni müzakirə etməkistədiyini bildirib.