AZ

Bədəndəki xal sayına diqqət: Əgər bu rəqəmi ötürsə...

Bədəndəki xal sayına diqqət:

Bədəndəki mollar ümumiyyətlə zərərsizdir, lakin hər hansı bir dəyişiklik diqqətlə izlənməlidir.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, rəng, ölçü və ya forma dəyişikliyi, qaşınma, qanaxma və ya ağrılı olma hallarında mütləq həkimə müraciət etmək lazımdır. Mollar, adətən, piqment hüceyrələrinin toplanması nəticəsində yaranır və yetkin bir insanda 10-40 arasında mol ola bilər. Əgər mollar illər ərzində dəyişmirsə, adətən təhlükəsiz sayılır.

Melanoma dəri xərçənginin ən təhlükəli növüdür və dəridəki melanosit hüceyrələrinin nəzarətsiz çoxalması ilə yaranır. Bu nadir, lakin ciddi xərçəng növü erkən diaqnoz edilməzsə, bədənə yayıla bilər. Xüsusilə 35 yaşdan sonra yeni mol yaranırsa və ya mövcud mol dəyişirsə, diqqətli olmaq vacibdir. Günəşə uzun müddət məruz qalmaq və ya solyariumdan istifadə melanoma riskini artırır.

Sağlam və təhlükəsiz mollar adətən kiçik, ət rəngində və sabit olur, lakin xərçəng riski daşıyanlar düzənsiz sərhədlərə, dəyişkən rənglərə və ölçüdə böyüməyə malikdir. Melanoma riski olan şəxslər, xüsusən də çoxlu molu olanlar və ya ailəsində dəri xərçəngi keçmişi olanlar, ildə bir dəfə müayinə olunmalıdır.

Dəridəki hər hansı dəyişiklik – məsələn, qanaxan, qaşınan və ya rəngini dəyişən lezyonlar – xərçəng əlaməti ola bilər. Hər hansı bir narahatlıq yaradan simptomlarda dərhal dermatoloqa müraciət edilməlidir. Dəri xərçəngi əlamətlərinə sağalmayan açıq yaralar, günəşə məruz qalan yerlərdə pullu ləkələr və ya ağrılı, qaşınan izlər daxildir. Erkən diaqnoz və mütəmadi yoxlamalar ciddi problemlərin qarşısını almağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
25
39
e-saglam.az

10Mənbələr