AZ

Fransanın xarici işlər naziri Yann Noel Barron şənbə günü Azərbaycanı Yeni Kaledoniyada və Fransanın digər xarici ərazilərində  sabitliyini pozmaqda ittiham edib.

“Bakı qrupu” növbəti dəfə Yeni Kaledoniyada milli siyasi həyatımızı pozmağa cəhd edib. Azərbaycanın bizim ərazilərimizdə bu nəticəsiz cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır”, - Barron bunu X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu ittihamları rədd edərək bildirib ki, Bakı Təşəbbüs Qrupu “ictimaiyyətin diqqətini Fransanın müstəmləkə siyasətinə və dənizaşırı ərazilərin problemlərinə yönəltməyə çalışır”.

Biz Fransa xarici işlər nazirinin Azərbaycan əleyhinə bəyanatlarını qətiyyətlə rədd edir və pisləyirik”, - o əlavə edib.

Seçilən
10
turan.az

1Mənbələr