Asiya üslubunda yemək təhlükəli xəstəliklərə səbəb ola bilər.
“Cebheinfo.az” xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Yelena Meskina keyfiyyətsiz suşi yeməkdən sonra təhlükəli xəstəliklərə yoluxma riski barədə xəbərdarlıq edib. İndi çox populyar olan bu məhsulların saxlanma və hazırlanması sanitar standartlarına uyğun gəlmədiyi üçün zəhərlənməyə səbəb ola bilər.
“Veçernyaya Moskva” qəzetinə müsahibəsində həkim bildirib ki, Asiya üslubunda şam yeməyindən sonra hər cür bağırsaq infeksiyaları, stafilokokların törətdiyi püstüler dəri xəstəlikləri, hepatit A və parazitlərə yaxalana bilərsiniz.
Mütəxəssis izah edib ki, parazitləri bəzi balıq növləri daşıya bilər.
“Çünki bu balığın alınmasında, saxlanmasında sanitar qaydalara əməl edilmədikdə, yaxud hansısa saxta sənədlərdən istifadə olunarsa, o, parazit mənbəyinə çevrilə bilər”, - ekspert vurğulayıb.
İnfeksionist həm də bədəndə belə “çağırılmamış qonaqları” müəyyən etməyin bəzən çətin olduğunu deyib, “infeksiya illərlə davam edə biləcəyindən” şikayətlənib.