Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynada müharibə bu il başa çata bilər.
Lukaşenko bu barədə Belarusda prezident seçkiləri günü keçirdiyi mətbuat konfransında bildirib.
"Tunelin sonundakı işıq bu il görünəcək" – o deyib.
Lukaşenko əlavə edib ki, kompromisi tapmalı olacaqlar: “Gözlənən odur ki, zaman gələcək ki, xalq harada yaşayacağına və hansı valyutadan istifadə edəcəyinə özü qərar verəcək”.
Lukaşenko qeyd edib ki, bunlar danışıqlar masasında həll olunur.
APA
Tarix: 26 Yanvar 2025, 16:37