AZ

"Qərb 2030-cu ilə kimi Belarusa hərbi müdaxiləyə hazırlaşır" - Lukaşenko

Qərb 2030-cu ilə kimi Belarusa hərbi müdaxilə etməyə hazırlaşır.   Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ və Avropa bunun üçün hərbi imkanlara sahibdir. Ölkə lideri iddia edib ki, Qərb strateji olaraq 2030-cu ilə hazırlaşır: “Bunun üçün strukturlar yaradılır və maliyyələşdirilir”.

A.Lukaşenko söyləyib ki, ABŞ və Avropa istənilən əlverişli fürsətdə Litva və Polşadan qoşun göndərəcək, məhz buna görə NATO qüvvələri yenidən qruplaşdırılır.

Seçilən
18
manset.az

1Mənbələr