Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinəBakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapıarxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxilolub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədarFHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələriçağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşhalsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.