AZ

Azərbaycanda qadınların və kişilərin maaş STATİSTİKASI

Azərbaycanda qadınlara kişilərdən az maaş verilib.

Son rəsmi statistikaya görə, muzdla işləyən qadınların ortaaylıq əməkhaqqı 735 manat olduğu halda, kişilər üzrə bu göstərici 31 faiz daha çox - 1 069 manat təşkil edib.

Ən böyük fərq isə peşə, elm və texniki fəaliyyət sahələrindədir. Belə ki, bu istiqamətlərdə işləyən qadınların məvacibi qarşı cinslə müqayisədə 2 dəfə az olub. Ən az fərq isə təhsil sahəsindədir. Bu sahədə kişilərə qadınlardan 14 faiz çox əməkhaqqı ödənilib.

Maraqlıdır, maaşlar cinsə görə müəyyən olunmadığı halda kişilər niyə qadınlardan çox maaş alırlar?

Sosioloq Üzeyir Şəfiyev kişilərin qadınlardan daha çox əməkhaqqı almalarının işin çətinliyi ilə bağlı olduğunu deyir:

"Əmək sahəsində "pozitiv", qadınların xeyrinə ayrı-seçkilik mövcuddur. Qadın əməyi ilə kişi əməyinin çətinliyi arasında fərqlər var. Əməkhaqqının az olması gender ayrı-seçkiliyinə görə deyil. Çətin iş şəraitinə görə kişilər qadınlardan daha çox maaş alırlar".

Seçilən
9
14
publika.az

10Mənbələr