AZ

“Goal” dərgisi futbol tarixinin 19 ən pis transferini açıqladı

Nüfuzlu “Goal” dərgisi redaksiyanın öz seçimi əsasında dünya futbol tarixinin 19 ən bərbad transferindən ibarət siyahını açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının tərtibatı zamanı futbolçuların yeni kluba keçdikdən sonra nümayiş etdirdikləri oyun əsas meyar olaraq qəbul edilib, digər xüsuslara toxunulmayıb.

Müvafiq siyahıda yer almış “qaragünlər”i təqdim edirik:

  1. Usmane Dembele – Dortmund “Borussiya”sından “Barselona”ya (2017-ci ilin avqustu – 135 milyon avro);
  2. Eden Hazard – “Çelsi”dən “Real”a (2019-cu ilin iyulu – 120,8 milyon avro);
  3. Filipe Koutinyo – “Liverpul”dan “Barselona”ya (2019-cu ilin yanvarı – 135 milyon avro);
  4. Neymar – PSJ-dən “Əl-Hilal”a (2023-cü ilin avqustu – 90 milyon avro);
  5. Antoni – “Ayaks”dan “Mançester Yunayted”ə (2022-ci ilin avqustu – 95 milyon avro);
  6. Romelu Lukaku – “İnter”dən “Çelsi”yə (2021-ci ilin avqustu – 113 milyon avro);
  7. Pol Poqba – “Yuventus”dan “Mançester Yunayted”ə (2016-cı ilin avqustu – 105 milyon avro);
  8. Joao Feliks – “Benfika”dan Madrid “Atletiko”suna (2019-cu ilin yanvarı – 127,2 milyon avro);
  9. Nikolas Pepe – “Lill”dən “Arsenal”a (2019-cu ilin avqustu – 80 milyon avro);
  10. Randal Kolo Muani – Frankfurt “Ayntraxt”ından PSJ-yə (2023-cü ilin avqustu – 95 milyon avro);
  11. Cek Qriliş – “Aston Villa”dan “Mançester Siti”yə (2021-ci ilin iyulu – 117,5 milyon avro);
  12. Antuan Qrizmann – Madrid “Atletiko”sundan “Barselona”ya (2019-cu ilin avqustu – 120 milyon avro);
  13. Alvaro Morata – “Real”dan “Çelsi”yə (2018-ci ilin yanvarı – 66 milyon avro);
  14. Romelu Lukaku – “Everton”dan “Mançester Yunayted”ə (2017-ci ilin iyulu – 84,7 milyon avro);
  15. Harri Maquayr – “Lester Siti”dən “Mançester Yunayted”ə (2019-cu ilin avqustu – 87 milyon avro);
  16. Kepa Arrisabalaqa – Bilbao “Atletik”indən “Çelsi”yə (2018-ci ilin avqustu – 80 milyon avro);
  17. Neymar – “Barselona”dan PSJ-yə (2017-ci ilin avqustu – 222 milyon avro);
  18. Zlatan İbrahimoviç – “İnter”dən “Barselona”ya (2009-cu ilin iyulu – 69,5 milyon avro);
  19. Xames Rodriges – “Monako”dan “Real”a (2014-ci ilin iyulu – 75 milyon avro).
Seçilən
22
arena.az

1Mənbələr