AZ

Masazır 3, Xırdalan 9 nömrəli orta məktəb direktorları pul yığımı prosesinə "start" verib - RTİ və nazir, BURDA HƏR İŞİN ÖZ QİYMƏTİ VAR!/FOTO

Məkəblərimizdə uzun illərdir ənənəvi problemə çevrilən şagirdlər müxtəlif adlar altında pul toplamaq prosesinə də "start" verilib. şagirdlərdən pul yığılan məktəblərdən biri də son ildə reytinqi çox aşagı düşən Masazır 3, Xırdalan 9 nömrəli orta məktəbdir.  


Bu barədə Paytaxt.org-a verilən məlumatda qeyd edilir.

Məlumata görə,  hər iki məktəbin yuxarı siniflərindən müəllimlərə hədiyyə adı alında şagirdlərdən pul yığılıb.

Vəsaitin "valideyn komitələri" tərəfindən toplandığı bildirilir.

Hər iki məktəb direktorlarının şagirdlərdən pul yığılması barədə göstərişin olması , "valideyn komitələri"nin açdığı "WhatsApp" qrupunda bildirilir. 

Bir digər məlumatda isə Masazır 3 nömrəli, Xırdalan 9 saylı məktəblərdə dərs saatlarının satılması və adı var özü yox işçilərin olması ilə bağlıdır. Bununla yanaşı bütün yaxşı hesab olunan müəllimlərin siniflərində vəziyyət pullu xidmətdir. Zəif hesab edilən müəllimlərin siniflərində isə orta hesabla az şagird olur, digərlərinin adları bir sinifin jurnalında getsə də, özləri başqa sinifdə “yaxşı müəllimdən” dərs alırlar. 

Məlumatda qeyd olunur ki, valideyn öz uşağına belə imtiyaz qazandırmaq üçün məktəbin direktor 200-300 manat çıvarında "şirinlik" verməlidir. Hələ məktəbə gəlməyib hazırlığa gedənlərə attestatı yazmaq ucun yığılan 200 manatları demirik. Marta keçiriləcək imtahanları nəzərə alsaq demək olar ki, attestat pullarının yığılmasına başlanılıb. Bununla yanaşı evdə təhsil alanlara laborant göndərilir, pul müəllimə yazılır, alınıb laborantla bölünür. Bu prosesdə direktorunda haqqı verilməsə iş baş tutmaz. Yəni dövləti belə aldadıb gizlicə yeyənlər təhsil haqqında düşünməyə vaxtları qalmır. Bunu edə bilənlər Abşeron-Xızı Regional Təhsil İdarəsin rəhbərinə ya yaxın olanlardır, ya da İlhamə xanıma kimlərinsə vasitəsi ilə çıxmağı bacaranlar. Siyahıda Xırdalan şəhər 1,2,3,4,9,10 və Masazır qəsəbəsi 3, 4,5 və.s orta məktəblər daxil olmaqdadır. Siyahını uzatmaq olar, amma hələki əməkdaşlarımız araşdırma aparır. Bizim təhsillə bağlı yeni lahiyəmizdə ilk başlanğıc olaraq Abşeron rayon orta məktəblərində baş verən bütün eybəcər halları işıqladırmağa çalışacağıq.

 Paytaxt.org məsələ ilə bağlı Masazır 3, Xırdalan 9 nömrəli məktəblərinin rəhbərlərindən və Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe öyrənməyə çalışsa da bu mümkün olmayıb.

Seçilən
12
paytaxt.org

1Mənbələr