AZ

“Trendyol” müştərilərini belə aldadır? -ŞİKAYƏT

Artıq bir neçə ildir ki, Azərbaycanlı alıcılar “Trendyol” üzərindən  sifariş edərək məhsullar alırlar. İlk zamanlar “Trendyol”dan alınan məhsullar kefiyyətli çıxsa da son zamanlar  Azərbaycanın daxili bazarında rəqabət olmadığına görə “Trendyol” üzərindən Azərbaycana gətirilən məhsullar keyfiyyətsiz çıxır. Bununla bağlı artıq çoxsaylı şikayətlər var.

“Bir alıcı kimi mən uzun  zamandır ki, “Trendyol” üzərindən sifarişlər verirəm. Lakin son bir il ərzində “Trendyol”dan sifariş verdiyim bütün məhsullar kefiyyətsiz çıxıb. Bununla bağlı rəsmi olaraq “Trendyol”a müraciət etsəmdə bu günə qədər yazdığım heç bir şikayətimə cavab verilməyib. Məsələn aldığım dəri ayaqqabı, əslində süni dəridən hazırlanan ayaqqabı olduğu bəlli oldu. Oğluma sifariş verdiyim və məşhur şirkətlərin birinin istehsalı olduğu gödəkcə isə kefiyyətsiz parçadan hazırlandığı ortaya çıxdı. Bununla bağlı şikayətimizə də baxılmadı. Son olaraq 2024-cü ilin noyabr ayında sifariş etdiyimiz kostyumun göründüyündən kefiyyətsiz və pencəyinin ləkəli olduğu bəlli oldu.  Sifarişlərişçilərin çoxuna  rənginə, ölçüsünə, formasına uyğun mal göndərilmir. “Trendyol” məhsulu geri qaytarmaq isə mümkün deyil”– bu fikirləri saytımıza açıqlamasında Bakı şəhər sakini Tural Kərimzadə bildirib.

Şikayətçi bildirib ki, bununla bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə müraciət etsə də heç bir faydası olmayıb.

Bir sözlə artıq bazarda öz yerini möhkəmləndirən “Trendyol” müştərilərini aldatmaqla məşğuldur. Artıq məhz bu səbədən “Trendyol” müştərilərinin sayı kəskin şəkildə azalıb.

Seçilən
14
moderator.az

1Mənbələr