ABŞ Prezidenti Donald Tramp yeni prezidentlik müddətinin başlamasından sonra ilk xarici səfərinin hansı ölkəyə olacağı haqda danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu, Səudiyyə Ərəbistanı və ya Böyük Britaniya ola bilər. Ənənəvi olaraq bu, Böyük Britaniya olardı”, – Ağ Evin rəhbəri bildirib.
Xatırladaq ki, bir neçə gün öncə andiçmə mərasimi keçirilən Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb.
Əlavə olaraq oxu
ABŞ Prezidenti Donald Tramp Rusiya iqtisadiyyatını çökdürməklə müharibəni bitirə bilər. Bu barədə “The Teleqragh” nəşri yazıb.
Qeyd olunub ki, Ağ Evin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin iqtisadiyyatını çökdürə, nəticədə isə o, müharibədə geri çəkilə bilər.
Bildirilib ki, Qərb Rusiyanın neft və qaz idxalından əldə etdiyi gəlirləri azaltmaq üçün səylərini ikiqat artırmaqla onun döyüş maşınını dayandıra bilər: “Rusiya iqtisadiyyatının enerji və maliyyə kimi əsas sektorlarına qarşı sanksiyaların sərtləşdirilməsi bu dövlətin aqressiv siyasətinə yenidən baxmasını zərurətə çevirə bilər”.
Xatırladaq ki, Tramp daha əvvəl neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib.
ABŞ xarici ölkələrə mövcud yardım ödənişlərini dondurub. Bununla bağlı dövlət katibi Marko Rubio xarici yardım qrantlarının əksəriyyəti üzrə ödənişlərin 90 gün müddətinə dondurulması və yeni qrantların dayandırılması barədə sərəncam imzalayıb. “Reuters” agentliyinin məlumatına görə, bununla ABŞ xarici siyasətinə uymayan, əksinə, əks mövqedə olan ölkələrə yardımları dayandırır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp andiçmə mərasiminin ilk günündə ABŞ-ın bütün xarici yardım proqramlarının dayandırılması barədə sərəncam imzalayıb. “Sərəncamın məqsədi həmin yardımların müəyyən olunmuş hədəflərdə istifadə olunmasını və ünvanına çatmasını yoxlamaqdır. Yardımların ünvanlılığı yoxlanılana qədər dayandırılacaq”, – nəşr yazıb.