İsrailin baş naziri Benyamin Netanyahu ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, görüş zamanı son vaxtlar atəşkəsin əldə olunduğu Livan və Qəzzada son vəziyyət müzakirə olunub.
Açıqlamada Makronun daha əvvəl 55-ci Paris Beynəlxalq Aviasiya Sərgisində iştirak edən İsrail şirkətlərinə tətbiq etdiyi qadağanı aradan qaldıracağı da bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”