AZ

Seysmoloji Xidmət: Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrimizdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
"Xəzər dənizində son iki gündə baş verən (ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib.
Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.
Seçilən
18
26
oxu.az

10Mənbələr