AZ

“Beşiktaş”dan hakimə reaksiyası:Diqqət! Otu tapdalamaq sarı vərəqədir!

Türkiyə Superliqasının 21-ci turunda "Beşiktaş" səfərdə "Antalyaspor"la 1-1 hesablı heç-heçə edib.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, qarşılaşmadan sonra “ağ-qaralar” Əl-Musratinin sarı vərəqə aldığı epizodu sosial şəbəkədə paylaşaraq hakimin qərarına reaksiya verib.

Beşiktaşın rəsmi sosial media hesabında edilən paylaşımda "Diqqət! Otu tapdalamaq sarı vərəqədir!" – qeyd edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
28
ikisahil.az

1Mənbələr