AZ

"Fənərbağça" Şkrinyar ilə münasibətləri bu səbəbdən rəsmiləşdirə bilmir

PSJ-nin "Fənərbağça"ya icarəyə verdiyi müdafiəçi Milan Şkrinyar tibbi müayinədən uğurla keçsə də, transferin hələ də rəsmiləşməməsinin səbəbi bəlli olub.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Şkrinyarın keçidinin rəsmiləşməsi üçün Paris təmsilçisi başqa klublarda icarədə olan oyunçularından birini satmalıdır. Mənbə yalnız bu halda slovakiyalı futbolçunun icarəsinin reallaşacağını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 5 oyuna çıxan Şkrinyar məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Seçilən
14
26
fanat.az

10Mənbələr