AZ

Biləsuvarda qan davasının TƏFƏRRÜATI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Biləsuvarda gənc oğlan mikroavtobusda bıçaqlanıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Aranlı kəndində qeyə alınıb.
Çinarlı kənd sakini 24 yaşlı Orxan Abdullazadə 19 yaşlı Vadər Həmidlini bıçaqlamaqda şübhəli bilinir. Zərərçəkən Vadərin anasının iddiasına görə, hadisə qisas zəminində törədilib.
Bıçaq xəsarəti alan yaralı Biləsuvar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Orxanla Vadər yaxın qohumdurlar. Vadər Həmidlinin atası Cavid Həmidov bir müddət öncə bacısının həyat yoldaşı Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Seçilən
15
oxu.az

1Mənbələr