Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, futbolçuları 90 dəqiqə ərzində üstün mübarizə aparıblar:
"Lakin futbolun belə acı tərəfləri olur. Daha hazırlıqlı olmaq lazımdır. Çempion olmaq çətindir. Bir neçə oyunda da xal itirsək, hər şey əldən gedə bilər. Arxayınlaşmaq olmaz. Üç xala yaxın idik, iki dəqiqə içərisində hesab dəyişdi".
Baş məşqçinin sözlərin görə, 20 gün öncə iki futbolçu ilə danışıqlar olub:
"Danışıq oldu, lakin məsələ orada da qaldı. Transfer xətrinə futbolçu gətirmək istəmirik".