Bakı. Trend:
“Alstom” Qazaxıstandan Azərbaycana 40 yük lokomotivini uğurlaixrac edərək, şirkətin regiondakı fəaliyyətində mühüm mərhələniqeyd edib.
Bunu Trend-əmüsahibəsində “Alstom”un Qərbi və Mərkəzi Asiya üzrə idarəedicidirektoru Cerom Boye deyib.
“Biz fəxrlə bildiririk ki, “Alstom” Qazaxıstandan Azərbaycana 40yük lokomotivini uğurla ixrac edib. Bu nailiyyət Qazaxıstanın dəmiryolu sənayesinin artan əhəmiyyətini vurğulayır. Qazaxıstandakıfəaliyyətimizin strateji əhəmiyyəti böyükdür, çünki Qazaxıstan,Mərkəzi Asiyada dəmir yolu nəqliyyatı üçün ən böyük bazardır", -deyə o bildirib.
Boye şirkətin regional fəaliyyətində Qazaxıstanın stratejirolunu qeyd edib.
"Qazaxıstan “Alstom”un əməliyyatları üçün əsas mərkəzdir vəşirkətə bütün Mərkəzi Asiya regionunda layihələri effektiv şəkildəidarə etməyə və dəstəkləməyə imkan verir. Qazaxıstan bizə yerlitəcrübədən istifadə etməklə və güclü tərəfdaşlıqları gücləndirməkləregionda fəaliyyətləri effektiv idarə etmək və dəstəkləmək imkanıverir", - deyə Boye vurğulayıb.