Yüngül çəkidə Bellator çempionu Osman Nurməhəmmədov sosial şəbəkələrdə irlandiyalı Pol Hyuzla döyüşdə aldığı xəsarətləri əks etdirən foto paylaşıb.
Publika.az xəbər verir ki, Osman sosial şəbəkələrdə fotoya “İtkisiz döyüş deyə bir şey yoxdur” şərhini yazıb.
Xatırladaq ki, döyüş beş raund davam edib və hakimlərin qərarı ilə Osmanın qələbəsi ilə yekunlaşıb. Bu qələbə Nurməhəmmədovun qarışıq döyüş növləri üzrə keçirdiyi 20 döyüşdə 19-cu olub. Digər döyüş isə etibarsız hesab edilib.