ABŞ prezidenti Donald Tramp bazar günü Boqotanın deportasiya olunmuş miqrantları qəbul etməməsi səbəbindən Kolumbiyadan gələn bütün mallara sanksiya və 25% rüsum tətbiq edib...
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Kolumbiya prezidenti Qustavo Petronun bu uçuşlardan imtina etməsi ABŞ-in milli və ictimai təhlükəsizliyini təhlükə altına qoyub.
Tramp əlavə edib ki, Kolumbiya mallarına tətbiq edilən 25%-lik tariflər bir həftə ərzində 50%-ə qaldırılacaq. ABŞ prezidenti əlavə edib ki, bu addımlar sadəcə başlanğıcdır, Vaşinqton Boqotaya ABŞ-dan deportasiya edilmiş Kolumbiya vətəndaşlarını qəbul etmək öhdəliyini pozmağa imkan verməyəcək.
Ağ Evin rəhbəri həmçinin Kolumbiyalı məmurların ABŞ-a girişinə qadağa qoyub və onların ailə üzvlərinə qarşı viza məhdudiyyəti tətbiq edib.
Poliqon.info