AZ

Samuxda ağır qəza olub, bir ailənin 4 üzvü xəsarət aldı

Samuxda yol qəzası olub.

Hadisə rayonun İnstitut qəsəbəsinin yaxınlığında baş verib. Belə ki hərəkətdə olan "VAZ 21015"ilə "VAZ 21011" markalı minik maşınları toqquşub.Qəza zamanı "VAZ 21011"- də olanlar-1986-cı il təvəllüdlü E.İsmayılov, onun həyat yoldaşı 1997-ci il təvəllüdlü N.Tanrıverdiyeva, onların övladları 2008-ci il təvəllüdlü S.İsmayılov və 2023-cü il təvəllüdlü D.İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib,vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Turaı Əhmədov

Mənbə: unikal.az

Seçilən
70
50
unikal.az

10Mənbələr